Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Açılışda konfransın təşkilatçısı olan "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə iştirakçıları salamlayıb.
Konfransın ilk panelində Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti müzakirə edilib.
İradə Rizazadə çıxışında bildirib ki, Fransız dilində kitab təqdim ediblər və Rotterdamda Latviya və Ukrayna icmalarının nümayəndələri tərəfindən bu kitab böyük maraqla qarşılanıb.
O, Zəngəzur dəhlizinin açılmasının sosial-iqtisadi təsirlərini və beynəlxalq arenada təbliğini vurğulayıb.
“Biz bu konfransa Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Tacikistandan və Rusiyadan ekspertlər dəvət etmişik.
Onlar Zəngəzur dəhlizinin ölkələrinə təsirini açıqlayacaqlar.