Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən ölkələrin sırasında Hindistan və qonşu İ…
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zəngəzur dəhlizi ilə bağlı müxtəlif güc mərkəzlərinin çox fərqli maraqları var.
Çin, Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri və bir çox Avropa ölkələri, hətta Amerika Birləşmiş Ştatlarının özü də Zəngəzur dəhlizinin açılmasına qarşı deyil, əksinə, onu dəstəkləyirlər və biz Amerikanın keçmiş dövlət katibinin müavininin də məlum bəyanatlarını xatırlayırıq.
Əlbəttə ki, bu dəhlizə mane olmaq istəyən bir neçə ölkə var ki, onların arasında Hindistan və İran var”.
Bu barədə politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını özünün maraqlarına zidd hesab edir və bu dəhlizin bağlı qalması ilə öz ərazisindən Araz dəhlizi üzərindən bütün yüklərin daşınmasına çalışır.
Oqtay Qasımov “Bu, İrana həm siyasi, həm də iqtisadi dividendlər gətirə bilər. Ermənistana da, məhz bu istiqamətdə təkliflər edilir.
O ki, qaldı Hindistana, şübhəsiz ki, Hindistan özünün düşməni hesab etdiyi Pakistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini heç cür qəbullana bilmir.
Məhz Ermənistanı silahlandırıb, revanşa təhrik edən ölkələrin başında həm də Hindistan gəlməkdədir.
Tam oxu
Xəbəri oxu