Zəngəzur dəhlizinin Avropa İttifaqının Trans Avropa nəqliyyat şəbəkələrinə əlavə olunması müzakirə olunub

29.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 yanvar, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələlər müzakirə olunub.

Zəngəzur dəhlizinin Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması, Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışılıb.

Görüşdə, eyni zamanda, Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirakı imkanları nəzərdən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью