Zəngəzur dəhlizinin keçdiyi əsas şəhərdə mer saxlanıldı

09.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Sünik (Qərbi Zəngəzur) vilayətinin Meğri şəhərinin meri Xaçatur Andreasyan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Məlumatı Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan da təsdiqləyib. Komitədən bildirilib ki, işin təfərrüatları daha sonra açıqlanacaq.

Xaçatur Andreasyanın hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Meğri Ermənistanın cənubunda, İran sərhədinin yaxınlığında yerləşir. Şəhər regionun mühüm nəqliyyat məntəqələrindən biri hesab olunur.

Bölgənin strateji əhəmiyyəti son dövrdə TRIPP layihəsi ilə bağlı müzakirələr fonunda daha da artıb. Layihənin Ermənistanın cənubundan keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutduğu bildirilir və məhz Meğri ətrafındakı ərazi bu müzakirələrin əsas nöqtələrindən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью