Zəngəzur dəmir yolunun tikintisinin 63 faizi yekunlaşıb

18.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Modern.az-a verilən məlumata görə, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83%-i, tikinti-quraşdırma işlərinin isə 63%-i tamamlanıb.

Uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью