Zəngəzur Elektrik Xətti: Azərbaycanın enerji xəritəsini dəyişən strateji addım

31.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın  əsas enerji sisteminin Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsində və Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin yaradılmasında strateji əhəmiyyətə malik Zəngəzur Elektrik Ötürücü Xəttinin tikintisi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi və misilsiz xidmətidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə,  artıq Azərbaycan ölkənin əsas enerji sistemini Naxçıvan MR ilə birləşdirmək və Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin yaradılması üçün Zəngəzur Elektrik Ötürücü Xəttinin tikintisinə başlayıb. Deputat qeyd edib ki, bu strateji layihə öz  əhəmiyyəti ilə təkcə Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizi məhdudlaşmayacaq, gələcəkdə daha böyük regionu əhatə edəciyi perspektivinə malikdir:

"Bu mənada mübaliğəsiz deyə bilərik, necə ki,  vaxtilə Bakı-Tiflis-Ceyhan üç dənizin əfsanəsi adlandırılırdı, bu layihə də İki qitənin əfsanəsi adlandırmaq olar. Daha dəqiq desək bu strateji enerji layihəsi Asiya-Avropanı enerji ilə birləşdirən bir xəttdir".

Müsahibimizin dediyinə görə, Cəbrayıl rayonundan Ermənistan sərhədindəki Ağbənd şəhərinə qədər 74 km-lik hissə, Naxçıvanın mərkəzindən Ordubad rayonunun sərhədinə qədər isə eyni vaxtda 105 km-lik hissə tikiləcək. Layihənin növbəti mərhələsi isə Ermənistanda əlavə 44 km-lik elektrik xəttinin çəkilməsini əhatə edir:

"Bu layihə Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir. Bütün bu vacib məqamları qeyd edərək, fəxrlə demək lazımdır ki, prezidentin uzaqgörənliyi və liderliyi ilə həyata keçirən beynəlxalq əhəmiyyətə malik layihələr 
ölkəmizin dünyada nüfuzunu və imicini daha da artıracaqdır. Bütün bunların nəticəsidir ki, bu gün hər kəs Azərbaycanı həm Avropa, həm də Asiya üçün etibarlı  və əvəzolunmaz tərəfdaş hesab edir".

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью