Icma.az, Milli.az saytına istinadən bildirir. Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək və ekoloji baxımdan davamlı inki
Bu xətt Türkiyəni Naxçıvanla birləşdirəcək. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun dediyinə görə, ayrılmış bu v
Nazir vurğulayıb ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin logistika potensialını artırmaq və onun qlobal səviyyədə rəqabət qabiliyyə
Maliyyələşdirmə Yaponiyanın MUFG Bank-ının rəhbərlik etdiyi beynəlxalq kreditorlar konsorsiumu tərəfindən təmin olunub.
Layihədə həmçinin İsveçin EKN və Avstriyanın OeKB adlı ixrac kredit agentlikləri, bir neçə aparıcı beynəlxalq bank və institusional investorlar iştirak edir.
Kreditin sığortalanması və zəmanətləri isə İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən və İƏT üzvü olan ölkələrdə davamlı inkişafa dəstək göstərən ICIEC - İslam İnvestisiya və İxrac Kreditləri Sığorta Korporasiyası tərəfindən təmin edilir.
Layihə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdində fəaliyyət göstərən İnfrastruktur İnvestisiyaları Baş İdarəsinin koordinatorluğu altında reallaşdırılır.
Məqsəd - Türkiyə ilə Naxçıvan arasında etibarlı və ekoloji cəhətdən dayanıqlı bir dəhliz yaratmaqdır.