“Zəngəzur mahnısı”na klip çəkildi Fotolar

31.07.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan mövzusunda musiqi əsəri - “Zəngəzur mahnısının klip çəkilişləri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir.

Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub. Klip yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

Klipin ssenari müəllifi Əməkdar artist Ramil Qasımov, rejissoru Natiq Novruzovdur. Musiqinin sözləri Şahin Musaoğlu, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib.

Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

Mahnının ruhuna uyğun olaraq, onu görkəmli sənətkarlar - Xalq artistləri - Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər - Aybəniz Haşımova, Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı, “O Səs Türkiyə”nin qalibi İlkin Dövlətov birlikdə ifa edib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью