Icma.az, Turkstan.az saytına istinadən bildirir. Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması Naxçıvana çıxış üçün maneəsiz
Azərbaycanın bu tələbi dəyişmir. Bu sözləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun fikrincə həll yolu bu iki variantla mümkündür: “Ya 10 noyabr razılaşmasına uyğun olaraq Zəngəzur dəhlizi məsələsi həll ediləcək.
Bu zaman da bu proseslərin təhlükəsizliyi Rusiya tərəfindən qorunacaq. Bunu da İrəvanı dəstəkləyən Qərb qüvvələr istəmirlər.
İkinci variant isə Ermənistan Azərbaycana Naxçıvana maneəsiz çıxış imkanını özü verməlidir.
Yəni Ermənistan 10 noyabr razılaşmasını bir kənara qoyacaq. Mehridən yola açıb, o yoldan istifadə edəcək başqa ölkələr normal qaydada gömrük
Amma Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklərə maneəsiz keçid prinsipi tətbiq ediləcək.
Bunu biz vaxtilə də gündəm etmişdik - yəni Kalininqrad dəmir yolu variantı. Bu məsələ Avropa danışığında Brüsseldə də müzakirə olunub”.