Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib

03.03.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib.

Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb.

Paylaşımda deyilir:

"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlk dəfədir ki, kameralarımıza 5 bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".

Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью