Zəngəzur Milli Parkında qar uçqunu ilə bağlı birgə təlim VİDEO

28.02.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təșkilatçılığı ilə Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisinə düşən hissəsində "Qar uçqunu zamanı axtarış-xilasetmə işlərinin təşkili" mövzusunda təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Səhiyyə Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əlahiddə Ümumqoșun Ordunun va Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallarla mübarizə istiqamətində qurumlararası qarşılıqlı fəaliyyət va idarəetmə imkanlarının daha da genişləndirilməsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью