Zəngəzur un uduzması sensasiyadır Qəzənfər Abbasov

03.09.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

2-ci Liqanın ilk turu dünən yekunlaşdı. Ötən mövsüm "Qaradağ Lökbatan"ın baş məşqçisi qismində bu çempionatda iştirak etmiş Qəzənfər Abbasovla əlaqə saxlayıb açılış turu ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Zəngəzur"un "Ağstafa Gəncləri"nə uduzması (3:4) və "Marafon"un "Şəmkir"lə matçda xal itirməsinə (1:1) təəccübləndim. Hərçənd "Şəmkir"in də sıralarında təcrübəlilərin sayı az deyil. Məncə, "Zəngəzur"un uduzması sensasiyadır. Çünki heyətlərində Premyer Liqa təcrübəsi olan futbolçular var. Qalan nəticələr gözləniləndir. Məsələn, "Qaradağ Lökbatan"ın "Hypers"i 2:1 yenməsi, "Şirvan"ın "Kür-Araz"la matçda böyük hesablı qələbə qazanmasında qeyri-adi nəsə yoxdur. Heyət baxımından üstündürlər".

Nihat  

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью