Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran–Ermənistan dəmir yolunun tikintisi məsələsi regional gündəmin əsas mövzularından birinə çevrilib.
Maraqlıdır, bu layihə Azərbaycan–Ermənistan sülh prosesinə müsbət, yoxsa mənfi təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, məsələyə həm ikitərəfli, həm də regional maraqlar prizmasından yanaşmaq lazımdır.
Onun sözlərinə görə, dəmir yolu layihəsi İranın Qara dənizə çıxışını hədəfləyir və bunun həyata keçirilməsi Ermənistan üzərindən mümkün ola bilər: “Ermənistan baş naziri Nikol Paşinyan da bəyan edir ki, bu təşəbbüs Azərbaycanla razılaşmalar çərçivəsinə uyğundur.
Regionda kommunikasiyaların açılması da onların planlarına daxildir.
Zəngəzur dəhlizi layihəsi ilə paralel olaraq, bu dəmir yolunun kordinasiyalı şəkildə işləməsi Cənubi Qafqazda iqtisadi tarazlığı artıra bilər”.
Siyasi şərhçi vurğulayıb ki, layihə qarşılıqlı maraqlar nəzərə alınmadan, alternativ marşrut kimi təqdim edilərsə, bu, regionda balansı pozacaq: “Əgər İran–Ermənistan dəmir yolu Azərbaycan üçün nəzərdə tutulan kommunikasiyalara qarşı alternativ kimi ortaya qoyularsa, bu, Azərbaycanın bölgədəki çəkisinə mənfi təsir göstərər.