Zəngəzura ordu yığılır: Naxçıvanİrəvan xəttində son durum | Icma.az
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar Ermənistan tərəfi Naxçıvanla üzbəüz ərazilərdə özünün hərbi istehkamlarının sayını artırır, yeni səngərlər, daimi dislokasiya üçün yerlər yaradır.
Görünür, erməni tərəfi nədənsə narahatdır. Amma buna əsas yoxdur. Çünki Azərbaycan dövləti hər zaman sülhün və dialoqun tərəfdarıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Naxçıvan İrəvana ən yaxın bölgədə yerləşir: “Bu mənada sözsüz ki, Naxçıvanın coğrafi mövqeyi ilə yanaşı hərbi strateji əhəmiyyəti olduqca önəmlidir.
Eyni zamanda Azərbaycan Ordusunun Naxçıvanda çox güclü potensiala malik hissəsi mövcuddur.
Ona görə də, erməni tərəfi vaxtaşırı olaraq Naxçıvanla bağlı absurd iddialar səsləndirir”.
Komitə sədri bir müddət öncə tarixi Qars (1921-ci ildə) müqaviləsinin də gündəmə gətirildiyini bildirib: “Ermənilər iddia edirdilər ki, Qars müqaviləsi və onun ardınca Naxçıvanın muxtariyyət statusu ləğv edilməlidir.
Tam oxu
Xəbəri oxu