Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə növbəti dəfə Zəngəzur dəhlizinin açılmasının vacibliyini gündəmə gətirib.
Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasa, onun heç bir perspektivi yoxdur.
Nikol Paşinyan tərəfindən ortaya atılan “sülh kəsişməsi” kimi yanaşmalar Bakı və Ankarının mövqeyi və iştirakı olmadan heç bir mahiyyət kəsb etmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Zəngəzur dəhlizi ətrafında son dövrlər çağırışlar çoxalıb. Sözsüz ki, bu heç də prosesi sürətləndirmir.
Ermənistan hökuməti Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun tikintisinin maliyyələşməsini öz büdcəsinə daxil etməyincə, onun reallaşması çətin olacaq”, - deyə o qeyd edib.
Sabiq nazir hesab edir ki, dəhlizin açılmasında İranın narahatlığı onun əlindən digər kommunikasiya xəttlərinin çıxması ilə bağlıdır: “Tehran Şərq-Qərb xəttinə alternativ marşurutun yaranmasını istəmir.