Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan hökuməti Rusiya sərhədçilərini Türkiyə ilə sərhədlərdən çıxarmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Hakimiyyətin gündəmində Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi var.
Məsələni Ukrayna münaqişəsi üzrə Rusiya-ABŞ danışıqları bitənə qədər həll etmək istəyirlər.
Bizə bildirilib ki, Marqara və Ani sektorlarında Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçiləri artıq yeni iş yerləri axtarırlar.
Yada salaq ki, hakimiyyət əvvəlcə “Zvartnots”dakı rus sərhədçilərini işə götürməkdən imtina etmişdi, ardınca Ermənistan-İran sərhədində birgə nəzarət yaradıldı.
İndi xidmətin tamamilə erməni sərhədçiləri vasitəsilə həyata keçirilməsi perspektivi var.