Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verildiyi kimi, İran Ermənistanın Qafan şəhərinə yeni baş konsul təyin edib.
"Cebheinfo.az" xəbər verir ki, yeni kosul Davud Yayçıdır.
Ermənistana yola düşməzdən əvvəl İranın Qafandakı yeni baş konsulu İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb və yeni vəzifə üçün iş planını təqdim edib.
İran xarici işlər naziri Yayçıya yeni vəzifəsində uğurlar arzulayıb.
Xatırladaq ki, Yayçı Murtaza Abedin Varaminin yerinə təyin edilib. Maraqlıdır ki, Yaycı Azərbaycan və Zəngəzurla bağlı əvvəlki fəaliyyəti ilə tanınıb. O, əvəllər İranın Bakıdakı səfirliyində attaşe kimi çalışıb.
Davud Yaycının elmi işi isə “Zəngəzur keçidinin sərhəd terminalı və sərhəd bazarı” mövzusunda olub. Beləliklə, İran Qafana Zəngəzur istiqamətini elmi səviyyədə də araşdırmış diplomat göndərir.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin