Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
İran və Ermənistanın Norduz sərhədində birgə hərbi manevr keçirməsi İranın öz sərhədlərini müdafiə etməkdə ciddiliyini nümayiş etdirir. İran öz qırmızı xətlərini müdafiə etməkdə, yəni Cənubi Qafqazda İran-Ermənistan sərhədini saxlamaqda kifayət qədər ciddidir.
Axar.az xəbər verir ki, bunu antiazərbaycan mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian 9-10 apreldə keçirilən Ermənistan-İran hərbi təlimləri haqda deyib.
“İsrail və Britaniya Zəngəzur dəhlizini açmaq üçün İran-Ermənistan sərhədini kəsmək fikrindədir. İrana qonşu olan bəzi dövlətlər İranla Ermənistan arasında sərhədi kəsməyə çalışır və ya bu barədə düşünürlərsə, Tehran buna imkan verməyəcək”, - o əlavə edib.