Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhl
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Qevondyan bildirib.
Ekspert qeyd edib ki, “Zəngəzur dəhlizi” ifadəsinə İrəvanın etirazına baxmayaraq, hər şey Bakı və Ankaranın dediyi kimi olacaq.
Alen Qevondyan məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi mesajlara da diqqət çəkib: “Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq.
Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi.
Əliyev BMT, türk ölkələrinin sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır.
Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək.
Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai dövriyyədə olmasın.