Zəngilan sakini: Bu gün illərlə davam edən həsrətimizin son günüdür

28.11.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu gün illərlə davam edən həsrətimizin son günüdür, nəhayət ki, doğma yurdumuza, vətənimizə qayıdırıq. Bizim üçün ən xoşbəxt gündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Namaz Həmzəyev söyləyib.

O deyib: "Bu gün geri dönməyimizin əsas səbəbkarları şəhidlərimiz və qazilərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində bu gün biz yenidən öz yurdumuza qovuşuruq və 33 illik həsrətə son qoyulur".

Keçmiş məcburi köçkün bu qayıdış üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Dövlətimiz daim var olsun, sağlam və firavan olsun. Onlar hər zaman bizimlə olub, bizi tək qoymayıblar. Bu gün isə yeni evlərimiz, yeni kəndimiz və gözəl yaşayış mühitimiz var".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью