Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son zamanlarda dünyada, eləcə də Azərbaycanda bir neçə növ virus infeksiyası yayılıb.
Ölkə.Az xəbər verir ki, çox sayda insan bu barədə sosial şəbəkələrdə yazaraq yüksək temperatur, halsızlıq və öskürəkdən əziyyət çəkdiklərini bildirirlər.
Paytaxtda və regionlarda infeksiyaların tüğyan etdiyi bir vaxtda Zəngilan sakinin “xəstələnmirik” sözləri maraq doğurub.
Belə ki, rayonun Ağalı kənd sakini Çiçək Gəraylının “3 ildir Zəngilanda yaşayırıq, uşaqlar xəstələnmir” sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
O bunu torpağın havasının, suyunun təmiz olması ilə əlaqələndirib.
Bəs doğrudan da təmiz hava və su immuniteti möhkəmləndirmək çün kifayət edirmi?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla hesab edir ki, məsələyə birmənalı yanaşmaq düzgün deyil: “Əlbəttə ki, kənd yerlərində insanlar öz doğma yurdlarına köçəndə orada bir az daha güvənlə olurlar, hansısa bir aura yaranmış olur.