Zəngilan strateji nəqliyyat logistika mərkəzinə çevrilib | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu 27 ildən artıq erməni işğalı altında qalmış Zəngilan şəhərini azad etdi.
Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin gedişatında mühüm dönüş nöqtələrindən biri oldu.
Zəngilanın azad olunması təkcə hərbi əməliyyatların növbəti uğuru deyildi - bu hadisə, eyni zamanda, həm siyasi-strateji, həm də psixoloji cəhətdən müharibənin nəticəsini müəyyən edən əsas mərhələlərdən biri kimi tarixə düşdü.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermən
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Oktyabrda işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi.
Bu müjdəli xəbəri xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev verdi: "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir.
Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram.
Tam oxu
Xəbəri oxu