Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür Dövlət Xidməti | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhəri, eləcə də Horovlu və Cocuq Mərcanlı kəndlərinə dünəndən yağan qarın xüsusi texnikalar vasitəsilə operativ şəkildə təmizlənməsi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təmin edilib.Bu barədə Modern.az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.Bildirlib ki, sakinlərin təhlükəsiz hərəkəti üçün yaşayış binalarının, evlərin, inzibati binaların ətrafı qardan təmizlənib: "Görülən işlər nəticəsində yolların hərəkət üçün açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu