Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin avqust ayında Zəngilan ərazisində baş verən yanğını vəzifəli şəxs törədibmiş.
Qaynarinfo-nun məlumatına görə, bu, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Əmlakın İdarəetmə Şöbəsində məsləhətçisi vəzifəsində işləyən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovdur.
Onun barəsində Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Vüsal Əlpənahovun həm də Zəngilanda arıçılıq təsərrüfatı da var imiş.
O, bir ilə yaxın müddətdə Zəngilan şəhəri yaxınlığında yerləşən məscidin arxasındakı ərazidə 2 arı yeşiyi yerləşdirib və 7-10 gündən bir həmin onlara qulluq edib.
Zəngilan şəhərindəki "Məscid düzü" adlanan ərazidə yerləşdirilən arılara tüstü vermək məqsədilə ocaq yandırıb, amma odla ehtiyatsız davranması səbəbindən yayılan qığılcım ətrafdakı kolluğa düşərək yanğına səbəb olub.
Nəticədə yanğın 6000 hektar ərazidə olan ağac və kolları yandırıb məhv etməklə yaşıllıq sahəsinə ümumilikdə 8672 manat məbləğində ziyan vurub.