Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
“Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.