Zəngilanda qayıdışından sonra ilk qətl Avtomobillə vurub öldürdü

19.08.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Zəngilanda polis avtomobillə qəsdən adam vurub öldürən sürücünü saxlayıb.

Bakupost.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə avqustun 18-də rayonun Ağalı kəndində yerli sakin, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью