Zəngilanda qida məhsullarının istehsal dəyəri artıb

10.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. Onun 3 milyon 894,9 min manatı (3,1 dəfə çox) emal sənayesinin, o cümlədən 524,6 min manatı (1,9 % çox) geyim istehsalının, 258,2 min manatı (4,5 dəfə çox) tikinti materiallarının istehsalının, 2 milyon 782,3 min manatı (4,7 dəfə çox) maşın və avadanlıqların quraşdırılması və təmirinin payına düşüb. İstehsal edilən sənaye məhsulun müvafiq olaraq 1 milyon 125,9 min manatını (20,9 % az) isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью