Zəngin ədəbi irsin seçilmişləri…

06.10.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərhum ustad şair, tanınmış pedaqoq Asim Qazıyevin seçilmiş əsərlərindən ibarət olan "Mən insanam" adlı kitabı çap olunub

… Bütün həyat və yaradıcılığının mahiyyətini xalqına xidmətdə görən, bu il anadan olmasının 100 illik yubileyi tamam olan ustad şair, ömrünün əlli ilə yaxınını pedaqoji fəaliyyətə həsr edən Asim Qazıyevin "Mən insanam" adlı yeni kitabı çap olunub.

Bu, şairin "Qələmin qüdrəti yaz, deyir mənə" (1996 cı il), "Xeyli sözüm var" (2016-cı il), "Ürəkdən soruş" (2018-ci il), "Ürək o ürəkdir" (2025-ci il) kitablarından sonra sayca beşinci kitabıdır.

Nəfis tərtibatla çap olunmuş kitabda şairin seçilmiş əsərləri toplanıb. Tərtibçisi Firuq Qazızadə, redaktoru Fimar Asimqızı olan kitab mərhum xalq şairi Nəriman Həsənzadənin xatirəsi ilə açılır. O yazır: “Samuxda dünyaya göz açan Asimin də ilham pərisi onun üzünə gülüb. Gözəl lirik şeirlər yazıb. 1947-ci ildə gənc yazıçıların Bakıda keçirilən Respublika müşavirəsinə Gəncə filialından nümayəndə seçilib. Yazıçılar İttifaqının sədri böyük Səməd Vurğunun məruzəsinə qulaq asıb, Azərbaycan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini ona Səməd Vurğun təqdim edib. Asim Qazıyev bu qürur hissini yaşayıbdı”.

Asim Qazıyev bütün yaşamı ilə, sözün bütün mənalarında xalqına xidmət göstərib. O, uzun illər pedaqoji fəaliyyəti, məktəb rəhbəri, rayon sovetinin deputatı olanda da bu missiyasına sadiq qalıb. Lap cavan yaşlarından SÖZə könül verməsi, yazdığı nəsihətamiz şeirləri ona insanların ürəyində əbədi mövqe qazandırıb. Həyat və fəaliyyəti ilə el arasında qazandığı hörmət bu gün də Asim müəllimi insanların dilində, sözündə-söhbətində, ürəyində yaşadır.

"Mən insanam" kitabın redaktoru Fimar Asimqızı “Ömür kitabı” adlı yazısında onun varlığını çox gözəl xarakterizə edir. Təbii ki, kitabı bu il müxtəlif səviyyələrdə 100 illik yubleyi qeyd edilən atası Asim Qazıyevin ruhuna ehtiramın, sayğının ifadəsi kimi qiymətləndirir.

Читать полностью