Zenit Flamenqo nun yarımmüdafiəçisinə cəlbedici maaş təklif etdi MƏBLƏĞ

17.02.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Son Rusiya çempionu "Zenit" "Flamenqo"nun yarımmüdafiəçisi Jerson Santos da Silvanı heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən insayder Julio Migel Neto yayıb.

Xəbərə görə, ruslar 27 yaşlı oyunçuya aylıq 500 min avro maaş qarşılığında 5 illik müqavilə təklif ediblər. Daha öncə 18 milyon avroluq təklifi Braziliya təmsilçisi tərəfindən geri çevrilən Sankt-Peterburq klubunun daha bir cəhd planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, Rusiyada qış transfer pəncərəsi fevralın 20-də bağlanacaq.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью