Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Trabzonspor” klubu beynəlxalq oyunlarla əlaqədar Super Liqada yaranan fasilədən istifadə edərək Rusiyanın “Zenit” komandası ilə yoldaşlıq görüşü keçirib.
Moderator.az xəbər verir ki, Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zenit”in heyətində Felipe Auqusto və Aleksandr Sobolev fərqləniblər. Daha bir qol isə “Trabzonspor”un futbolçusu Əhməd Cəmil Gürenin avtoqolundan sonra qeydə alınıb.