Zepp Mayer: “Tomas təqaüdə çıxacaq, Amerikada və ya Dubayda nə etməlidir?”

01.04.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Bavariya"nın keçmiş qapıçısı Zepp Mayerin fikrincə, Münhen klubunun futbolçusu Tomas Müller tezliklə peşəkar karyerasını başa vuracağını elan edəcək. Sport24.az xəbər verir ki, o, bu barədə "Sky Sport Germany" portalına açıqlama verib:

"Mən bu qərarı başa düşə bilmirəm. Belə oyunçular klubun ruhudur. Belə adamlar gedəndə klub özünün bir hissəsini itirir. Tomas təqaüdə çıxacaq, Amerikada və ya Dubayda nə etməlidir? Onun ailəsi, arvadı - Münhendə onu xoşbəxt edən hər şey var.

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi klubda keçirdiyi görüşlərin sayına görə "Bavariya"nın rekordçusudur. Bu göstəriciyə görə, ötən ilin sentyabrında o, Zepp Mayeri (709) qabaqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью