Zeptokainatın qapısını döydük: Elm aləmi yeni kəşfdən danışır

10.11.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Beynəlxalq fiziklər qrupu Böyük Adron Kollayderi vasitəsilə 42 il davam edən axtarışlardan sonra nadir bir hadisəni – neytral B-mezonun iki müona çevrilməsi qeydə alınıb.
Bu nə deməkdir?

Neytral “B-mezon” adlanan hissəcik iki kvarkdan ibarətir - gözəl kvark və bir anti-aşağı (anti-down) kvark. Bu iki kvark bir-birinin əksidir; yəni bir-biri ilə qarşılıqlı əlaqəyə girəndə eyni anda yox olurlar. Daha dəqiqi, iki ədəd müona çevrilirlər.
Ümumiyyətlə, B-mezon cəmi 1,5 pikosaniyə mövcud olur. 1 pikosaniyə saniyənin milyardda birinin mində biri deməkdir. Məkan ölçüsünə baxsaq, bu çevrilmə 10 üstü mənfi 21 metr, yəni metrin milyardda birinin trilyonda biri miqyasında baş verib. Həmin miqyasa zeptometr deyirlər.
Beləliklə, fizika maddənin indiyə qədər enə bilmədiyi daha bir dərinin qatına enməyi bacarıb. Kəşfi edən beynəlxalq alimlər qrupu “Biz zeptakainatın qapısını döydük” deyirlər.
Ən maraqlısı odur ki, kvarkın çevrilməsnə dair siqnalı Süni İntellektin köməyi ilə ayırd etmək mümkün olub.
Bu kəşfin əhəmiyyəti nədir? Böyük ehtimalla, “qaranlıq maddə” deyilən və Kainatın 95-ni əmələ gətirən sirli materiyanın dərkinə doğru ilk addımları ata bilərik.
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью