Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın Herzliya şəhərində “Mossad”ın binasını raketlə vurması barədə xəbərlərə İsrail kəşfiyyatının cavabı diqqət çəkib.
Ölkə.Az xəbər verir ki, bu barədə “Mossad”ın rəsmi “X” səhifəsində paylaşım edilib. Paylaşımda deyilir:
“İran Mossad binasını raket zərbəsi ilə vurduqlarını deyir. Xoşbəxtlikdən heç kim yox idi...Onların hamısı İrandadır”.
Qeyd edək ki, daha əvvəl İran ərazisində generallar və nüvə alimlərinin ölümü ilə nəticələnən hücumların "Mossad" agentləri tərəfindən həyata keçirildiyi açıqlanmışdı.
Billurə Yunus