Zərdab qəzasında Qarabağ qazisi və yaxınları ölüb GÖRÜNTÜLƏR

09.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.
Modern.az məsələ ilə bağlı kənd sakinləri ilə əlaqə saxlayıb.
Məlum olub ki, avtomobildə qəzaya düşən ailə üzvləri qəza zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibəti ilə məclis təşkil ediblər. 
Qəzada avtomobilin sürücüsü Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Saytımıza verilən məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

Soldan sağa Susanna Məhəmmədova, qəzadan tək sağ çıxan şəxs Reyhan Məhəmmədova


Qalib Məhəmmədov və Qarabağ qazisi Elyar Məhəmmədov


Lamiyə Cənnətzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью