Zərdabda ağır qəza: 1 nəfər öldü, 4ü yaralandı

15.11.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью