Zərdabda AĞIR QƏZA: 4 nəfər...

18.07.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, dörd nəfər - sürücü Q.Vahidov, sərnişinlər Ə.Əzizov, E.Ömərov və C.Ağayev xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью