Zərdabda ağır qəza: Kia Rio ağaca və işıq dirəyinə çırpıldı

16.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Zərdab şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər evrir ki, 50-EC-874 dövlət qeydiyyat nişanlı "Kia Rio" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.
İdarəetmədən çıxan avtomobil əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью