Zərdabda ağır qəza: ölən var

14.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib.

İlkin məlumata görə hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью