Zərdabda ağır qəza Xəsarət alanlar var

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью