Zərdabda ağır qəza: yaralananlar var FOTOLAR

13.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Zərdabda ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab–Ucar avtomobil yolunda qeydə alınıb.

“BMW” və “Renault” markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.

Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью