Zərdabda avtomobil ağaca çırpıldı: Üç nəfər xəsarət aldı YENİLƏNİB

16.07.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfərin vəziyyəti açıqlanıb.

Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan üç kişi iyulun 15-i saat 23:30-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Açıqlamada qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmət göstərilib:

"Hazırda yaralıların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir".

***10:53

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb.
Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər - onun həmyerliləri, 2003-cü il təvəllüdlü Aydın Əhmədov və qardaşı, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью