Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gün Zərdab rayonunda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib.
Ailə yaxınlarının "AzPolitika"-ya verdiyi məlumatda bildirilir ki, körpənin səhhəti Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ASM bölməsində qoyulan səhv diaqnozdan sonra ağırlaşıb.
Ailə körpəni təcili şəkildə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birinə çatdırıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 5 günlük körpənin həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları hadisənin hüquqi müstəvidə araşdırılması üçün bütün hüquqi addımların atılacağını bildiriblər.
Qeyd edək ki, baş verən hadisə ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.
"AzPolitika.info"