Zərdabda ətraf mühitə zərər vuran sürücülər CƏZALANDIRILDI FOTO

29.11.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Zərdabda “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsinin əməkdaşları avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə birgə tədbir keçiriblər.
 

Tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb.


Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью