Zərdabda ictimai dinləmə keçiriləcək

01.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabrın 10-u saat 15:00-da Zərdab rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçirəcək.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Zərdabda yerləşən qəbul şöbəsinə, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью