Zərdabda iki “VAZ” toqquşaraq yararsız hala düşdü VİDEO

18.08.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil, “VAZ-2106” markalı maşınla toqquşub. İddialara əsasən qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi sıradan çıxıb. Xoşbəxtlikdən hadisə zamanı sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью