Zərdabda Kür çayında batan 13 yaşlı qızın axtarışları davam etdirilir VİDEO

27.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Zərdabda Kür çayında 3 gün əvvəl batan şəxsin axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 24-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Hazırda 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının batdığı ehtimal edilən istiqamətlərdə dalğıclar cəlb edilməklə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью