Zərdabda “Mercedes” “011”lə toqquşdu; xəsarət alanlar var FOTO

21.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью