Zərdabda müəllimi şagirdləri son mənzilə belə yola saldı Foto

04.11.2024

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zərdabda vəfat edən müəllim son mənzilə yola salınan zaman şagirdləri onu xüsusi ehtiramla anıblar.

“Qafqazinfo”nun məlumatına görə, duyğulu anlar Zərdab rayonu Gəndəbil kəndində yaşanıb.

Belə ki, Z.Məmmədov adına tam orta məktəbin direktor əvəzi Kərimova Şəfəq iki gün öncə ağır xəstəlikdən dünyasını dəyişib. Müəllimin cənazəsi son mənzilə yola salınan zaman şagirdləri əllərində güllə kənd yollarına düzülüblər, ehtiram dəhlizi yaradıblar.

Həmin anın fotosunu təqdim edirik:



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью