Zərdabda müəmmalı ÖLÜM: meyiti atasının evində tapıldı

02.10.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Zərdabda evin həyətindən kişi meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Aşağı Seyidlər kəndində qeydə alınıb.

57 yaşlı Osmanov Elçin Alı oğlunun meyiti həmin kənddə atasına məxsus evin həyətində aşkarlanıb. Məlumata görə, mərhum sentyabrın 30-da axşam saatlarında ölsə də, meyiti oktyabrın 1-də səhər saatlarında qohumları tapıblar. Onun nədən öldüyü isə bilinmir.

Hazırda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью