Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb

24.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marizuan götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью